Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xalqa bağışlanan ömür

13 dekabr 2019 | 16:00

Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən ümummilli lider Heydər Əliyevin böyüklüyünü və əzəmətini xalqımız zaman keçdikcə daha dərindən dərk edir. Bu dahi şəxsiyyətin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.
Bu fikirlər Ümummilli Liderin vəfatının on altıncı ildönümü ilə əlaqədar dekabrın 11-də Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində səsləndirilmişdir.
          Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Ulu Öndərin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətçiliyin memarı, cəsur insan kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Ulu Öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas olmuş, bütün sahələrdə sürətli inkişafın təməli qoyulmuşdur. Və bu gün onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış , müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur.
         Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın “Xalqa bağışlanan ömür” mövzusunda məruzəsi dinlənilmişdir.
         Çıxışlarda bildirilmişdir ki, Ulu Öndərin məqsədyönlü siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulmuş,  ictimai-siyasi sabitlik bərqərar olmuş, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmışdır.
Tədbirin sonunda dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Keçidlər