Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Tasmalı kəndininin sakinləri ilə görüş keçirilib

19 dekabr 2019 | 16:00

   17 dekabr 2019-cu il tarixdə rayonun  Tasmalı kəndində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
         Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən müraciətlər qəbul olmuşdur.  Müraciətlər içməli su probleminin həllinə köməklik  göstərilməsi, kəndin yeni yaşayış massivindəki küçənin təmir olunması, kəndin yeni yaşayış massivindəki elektrik transfarmatorunun yenisi ilə əvəz olunması, kənddən  Zaqatalanın Suvagil kəndinə gedən yolun təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
      Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər