Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Almalı kəndininin sakinləri ilə görüş keçirilib

31 yanvar 2020 | 16:00

28 yanvar  2020-ci il tarixdə  Almalı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər ünvanlı sosial yardımların təyin olunmasına köməklik göstərilməsi, ərazidə  içməli su probleminin  həlli,  kəndin tibb məntəqəsi binasının yenidən tikilməsi,  suvarma kanalının təmir olunması ilə bağlı olmuşdur.
       Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər