Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ləkit kəndininin sakinləri ilə görüş keçirilib

12 fevral 2020 | 16:00

11 fevral 2020-ci il tarixində Qax rayonu Ləkit kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kənddaxili yollara asfalt tökülməsi, Ləkit şəlaləsinə qalxan yolun təmir olunması üçün texnikanın verilməsi və həmin yolun kənarına məişət tullantılarının atılmasının qarşısının alınması, subsidiyanın verilmə qaydaları  ilə bağlı  məlumatdırma,  kəndə qaz xəttinin çəkilməsi ilə bağlı olmuşdur.
       Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər