Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Koronavirus pandemiyası ilə mübarizə istiqamətində sakinlərlə maarifləndirici söhbətlər davam etdirilir

15 aprel 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq rayonumuzda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
Rayon İcra hakimiyyətinin vəzifəli şəxsləri, rayon Polis Şöbəsinin əməkdaşları, o cümlədən müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, könüllülərdən ibarət maarifləndirmə qrupları tərəfindən vətəndaşlara bir daha karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılmış, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılmışdır. Həmçinin rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sakinlərə tibbi  maskalar  paylanılmışdır.

Keçidlər