Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayon İcra Hakimiyyəti başçısı İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn müşavirə keçirib

01 aprel 2021 | 16:00

                       31 mart 2021-ci il tarixdə Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında görülən işlər barədə son vəziyyət, peyvəndləmə prosesi və qarşıda duran vəzifələrə həsr olunmuş Respublika videokonfransı keçirilmişdir.
          Videokonfransdan  irəli gələn  məsələlərin həlli ilə əlaqədar 1 aprel  2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin  sədrliyilə inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn müşavirə keçirilmişdir.
          Müşavirədə rayonda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin görülməsi barədə son vəziyyət təhlil olunmuş, kütləvi olaraq əhalinin aktiv şəkildə yaş qruplarına uyğun olaraq peyvəndləməyə cəlb edilməsilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və müvafiq  tapşırıqlar  verilmişdir.

Keçidlər