Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu il rayonda 2,2 kilometr uzunluğunda dəmir-beton suvarma kanalları çəkiləcək

21 aprel 2021 | 16:00

Torpaqların su təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarılması zamanı su itkisinin qarşısının alınması məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rayon  Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində mövcud torpaq kanalların beton üzlüyə alınması istiqamətində işlər davam etdirilmişdir. Cari ilin birinci rübündə idarə tərəfindən  rayonun Qaxmuğal ərazisindəki əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanalın 70 poqonmetrlik hissəsi beton üzlüyə alınmışdır.  Hazırda kanalın üzərindəki 6 metr uzunluğunda biraşırımlı körpünün genişləndirilməsi işləri görülmüşdür. Eyni zamanda, Ağçay kəndi ərazisindən axan Qobala çayı üzərində 200 poqonmetr uzunluğunda dəmir-beton kanalın çəkilişi işlərinə də başlanılmışdır. 
Hazırda idarənin balansında 21 min 324 hektar suvarılan torpaq sahəsi vardır. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 264,8 kilometr  uzunluğunda torpaq suvarma kanalları mövcuddur. Bu kanalların 188,8 kilometri  təsərrüfatlararası, 76 kilometri   isə magistral  kanallardır. Su itkisinin qarşısının alınması məqsədi ilə son illər 5,8 kilometr uzunluğunda torpaq kanal beton üzlüyə alınmışdır.  Cari ildə daha 2,2 kilometr uzunluğunda torpaq kanalın beton üzlüyə alınması nəzərdə tutulmuşdur. 
Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yanvar-mart aylarında suvarma kanallarında 60 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilmişdir. Eyni zamanda, çay yataqlarında 150 min kubmetr həcmdə məcratəmizləmə işləri görülmüşdür. Bundan əlavə, idarənin 2021-ci il üçün iş planına əsasən, birinci rübdə Kürmük çayının sahilində 325 kubmetr həcmdə daş-beton və 243 kubmetr həcmdə qabion bəndlərdə təmir işləri aparılmışdır.

Keçidlər