Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyevin müqəddəs Pasxa bayramı münasibətilə rayonun provaslav xristian əhalisinə TƏBRİKİ

30 aprel 2021 | 16:00

Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə rayonumuzun bütün xristian əhalisini səmimi qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Əsrlər boyu Azərbaycanda, o cümlədən rayonumuzda müxtəlif xalqların və dinlərin nümayəndələri qarşılıqlı etimad, dostluq və mehribanlıq  şəraitində yaşayaraq, insanlar arasında humanizm və həmrəylik prinsiplərinin, cəmiyyətimizdə tolerantlığın, eləcə də  birgəyaşayış nümunəsinin ən yüksək səviyyəyə çatdırılmasında fəal iştirak etmişlər.
Müasir dövrdə milli azlıqların dil və mədəniyyətlərinin inkişafı, etnik-mədəni müxtəlifliyinin, tarixi-mənəvi irsinin qorunub saxlanması dövlətimizin xüsusi diqqət və qayğı ilə yanaşdığı prioritet məsələlərdəndir. Müstəqil Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənmiş, vicdan azadlığı təmin olunmuşdur. Bu gün rayonumuzun dindarları, o cümlədən xristian əhalisi  öz dini etiqad və inanclarını, adət-ənənələrini, bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edirlər. Hər il rayonumuzda ənənəvi keçirilən Pasxa bayramı xeyirxahlığın, mərhəmət və şəfqət duyğularının ifadəsidir.
Sizə bu əziz gündə bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram. Bayramınız mübarək!
Musa ŞƏKİLİYEV,
Qax Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər