Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda indiyədək 1350 hektar sahədə qarğıdalı əkilib

08 may 2021 | 16:00

 

Bu il rayonunun təsərrüfatlarında 1800 hektaradək sahədə qarğıdalı əkilməsi nəzərdə tutulmuşdur. Hazırda təsərrüfatlarda qarğıdalı əkini mütəşəkkil davam etdirilir.  Fermerlər  bu günədək 1350 hektar sahədə qarğıdalı  əkiblər.  Təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük veriblər.
İndiyədək rayonun Güllük kəndində 200 hektar, Əlibəyli kəndində 180 hektar, Tasmalı kəndində 160 hektar, Qax Aqroparkının ərazisində isə 150 hektar sahəyə qarğıdalı toxumu səpilmişdir.
Rayonun  fermerləri  ötənilki mövsümdə 1887 hektar qarğıdalı sahəsindən 15 min 909 ton məhsul əldə etmişlər.  Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 3 min 151 ton artmışdır. Hər  hektardan  orta hesabla 84,3  sentner  məhsul  götürülmüşdür.

Keçidlər