Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda 384 hektar sahəyə tütün şitilləri köçürülüb

18 may 2021 | 16:00

 

Builki  mövsümdə rayonda 473 hektar sahədə tütün əkilməsi nəzərdə tutulmuşdur. Hazırda təsərrüfatlarda tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər   indiyədək   384  hektar  sahəyə tütün şitilləri  köçürmüşlər.
Builki mövsümdə rayonun fermerləri 455 hektar sahədə “Virciniya botaniki”, 18 hektarda isə digər növ tütün yetişdirəcəklər. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanılmışdır. Şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ümumi sahəsi 8160 kvadratmetr olan sadə istixanalar hazırlanmışdır.
Ötənilki  mövsümdə  rayonun  torpaq mülkiyyətçiləri 496,4 hektar sahədən 755 ton quru tütün əldə etmişlər. Tütün istehsalı əvvəlki illə müqayisədə 202 tondan çox artmışdır.
Hazırda rayonun ailə təsərrüfatlarında ipəkqurdlarının yemlənməsi prosesi də davam etdirilir. Barama  istehsal  etmək üçün  rayonun  kümçülərinə  550 qutu, yəni 10 kiloqram 450 qram ipəkqurdu paylanılmışdır. Builki mövsümdə   rayonda  yaş  barama  istehsalının  22  tona  çatdırılması  qarşıya hədəf  qoyulmuşdur.  

 

Keçidlər