Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Həmyerlimiz Paralimpiya oyunlarına lisenziya qazanıb

01 iyun 2021 | 16:00

     Mayın 22-də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tokio 2021” Paralimpiya Oyunlarına lisenziya xarakterli paralimpiyaçıların dünya kuboku yarışında ağırlıqqaldırma növündə çıxış edən idmançımız Aslanov Şamo Novruz oğlu ən yaxşı nəticəni göstərərək dünya kubokunun sahibi olub.
      Atletimiz bu nəticə ilə “Tokio 2021” Paralimpiya Oyunlarına vəsiqə qazanıb.
     Şamo Aslanov 23 mart 1983-cü il tarixdə Qax rayonunun Zəyəm kəndində anadan olub. 2017-ci ildən ağırlıqqaldırma üzrə Azərbaycan Paralimpiya komandasının üzvüdür.
     Bundan öncəki yarışlarda da hemyerlimiz uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, Şamo Aslanov bir dəfə dünya kuboku birincisi, iki dəfə dünya kuboku üçüncüsü, üç dəfə Respublika birincisi fəxri adını qazanıb.
     Həmyerlimizin belə bir mötəbər turnirə vəsiqə qazanması bizim üçün də qürurvericidir.
     İdmançımız Aslanov Şamo Novruz oğlunu təbrik edir, ona uzun ömür, can sağlığı gələcək turnirlərdə müvəffəqiyyətlər arzulayırıq.

Keçidlər