Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayon kümçüləri barama tədarükünə dair proqnoz-tapşırığa əməl ediblər

21 iyun 2021 | 16:00

Rayonda  istehsalçılardan yaş barama tədarükü başa çatmaq üzrədir. Cari mövsümdə rayonda yaş barama istehsalının 22 tona çatdırılması qarşıya hədəf qoyulmuşdur. Kümçülər indiyədək  rayonun  Damazlıq İpəkçilik Stansiyasındakı qəbul məntəqəsinə 22 ton 38 kiloqram yaş barama təhvil vermişlər.
Bu il barama yetişdirmək üçün rayonda  324 kümçü ilə müqavilə bağlanılmış,  onlara 550 qutu, yəni 10 kiloqram 450 qram ipəkqurdu paylanılmışdır.
Ləkit kəndindən   Qiyas Aslanov cari mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 302 kiloqram yaş barama təhvil vermişdir.  Kümçü bu il 80 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olmuşdur. Zəyəm kəndindən Xəyyam Ramazanov cari mövsümdə 294 kiloqram, Əmircan kəndindən Hümmət Mirzəbəyov isə 275  kiloqram  yaş barama  istehsal etmişlər.

Keçidlər