Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Gənclər təntənəli şəkildə hərbi xidmətə yola salınıblar

08 iyul 2021 | 16:00

         İyulun 8-də rayonda gənclərin təntənəli şəkildə hərbi xidmətə yola salma mərasimi keçirilib.
        Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
       Rayon rəhbərliyinin, valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.
       Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, müstəqil Azərbaycanın Milli Ordusunda xidmət etməyin çox müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi, vətənin keşiyində möhkəm dayanmağı tövsiyə edib, sağ-salamat evə qayıtmalarını arzulayıb. Qeyd edib ki,       vətənə xidmət etmək, onun keşiyində durmaq ölkənin hər bir vətəndaşının müqəddəs borcudur. Ölkə vətəndaşları, xüsusilə də gənclər bu borcu şərəf və ləyaqətlə yerinə yetirməyə hər an hazır olmalıdırlar. Sevindirici haldır ki, indi gənclər Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.
       Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açan icra hakimiyyətinin başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıb.
       Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Fuad Hüseynov çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti öz gözəl bəhrəsini verməkdədir. Ordumuzun dünyanın ən qabaqcıl ordusu kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülür. Məhz göstərilən dövlət qayğısının nəticəsidir ki, indi Azərbaycan Ordusu ən çətin döyüş tapşırığını belə yerinə yetirməyə tam qadirdir. Vətən müharibəsində qazanılan şanlı Qələbə bunu bir daha sübut etdi.
      Şəhid atası Musa Musayev Vətən uğrunda canından keçən övladı ilə hər zaman fəxr etdiyini, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
     Hərbi xidmətə yola salınan gənclər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz verdilər.
     Çağırışçı gənclər təntənəli marşın sədaları altında üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola düşdülər.

Keçidlər