Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İlisu və Qapıçay kəndlərində “Texniki su təminatı” layihəsinin icrası nəticəsində əhalinin texniki su ilə təminatı yaxşılaşdırılıb

13 iyul 2021 | 16:00

 ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdə həyata keçirdiyi “Sosial-İqtisadi Layihələrə Dəstək Proqramı” (SEDA) çərçivəsində Qax rayonunun İlisu və Qapıçay kəndlərində “Texniki su təminatı” layihəsinin icrası nəticəsində əhalinin texniki su ilə təminatı yaxşılaşdırılıb.
     Bu layihə USAID və Azərbaycan Hökumətinin birgə maliyyə dəstəyi, yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə yerinə yetirilmişdir.
     Hər iki kəndin sakinləri ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə minnətdarlıqlarını bildiriblər.
     USAID Azərbaycanda bugünə qədər SEDA-nın vasitəsi ilə yerli iqtisadiyyatı, kənd yerlərindəki yolları, su və suvarma sistemləri, yerli məktəb və tibb müəssisələrinin təmirini dəstəkləyərək 142 icmada 360000 insanı əhatə edən 175 layihə həyata keçirmişdir

Keçidlər