Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonun fermerləri indiyədək 88,2 ton quru tütün istehsal ediblər

19 avqust 2021 | 16:00

Rayonun  təsərrüfatlarında tütün yığımı gündən-günə sürətlənir.  Rayonun fermerləri mövsümün əvvəlindən indiyədək Zaqatala rayonunda fəaliyyət göstərən “Azərtütün ASK” MMC-yə məxsus, həmçinin “Zaqatala AGRO İndustry” MMC-nin tütün istehsalı və emalı məntəqələrinə 880 tonadək “Virciniya botaniki” növlü yaş tütün təhvil vermişlər. İndiyədək bu emal məntəqələrində  88,2 ton quru tütün istehsal olunmuşdur.
Bu il rayonun   fermerləri  477 hektar sahədə tütün yetişdirmişlər.  Sahələrin 465 hektarına “Virciniya botaniki” növlü, 12 hektarına isə yerli tütün sortları əkilmişdir.
Təsərrüfatlarda qarğıdalı yığımına da son hazırlıq işləri görülür, texnika saz vəziyyətə gətirilir. Bu il rayonda 1516 hektar sahədə dən üçün qarğıdalı əkilmişdir.  Təsərrüfatlarda qarğıdalı yığımına yaxın günlərdə başlanılacaq.
 

 

 

 

Keçidlər