Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu il rayonda 7 subartezian quyusu qazılacaq

24 avqust 2021 | 16:00

Bu il rayonda 7 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.   Bu quyuların istismara verilməsi nəticəsində 7,6 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə  olunan  həyətyanı   torpaq sahələrinin suvarma suyu ilə təminatı daha da yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.
Subartezian quyularının qazılacağı Ağyazı, Amanlı, Cəlayir, Güllük, Qaratala, Şixlar və Tasmalı kəndlərində yerlər artıq müəyyənləşdirilmiş,  sənədləşmə işləri aparılmışdır. Quyuların qazıntısına yaxın vaxtlarda başlanılacaqdır.
Prezident İlham Əliyevin imzaladığı sərəncamların icrası çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2020-ci illər ərzində  rayonda  91 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verillmişdir 

 

Keçidlər