Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Korona virusa birlikdə qalib gələk! Vaksinasiyaya sən də hə de!

26 avqust 2021 | 16:00

         Artıq bir neçə ildir ki COVİD-19 pandemiyası yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir nömrəli probleminə çevrilib. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və öz vətəndaşlarını yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Bütün dünyada olduğu kimi Koronavirus pandemiyası başlayan gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş, sərəncam və tövsiyələrinin nəticəsi olaraq ölkəmizdə vətəndaşların sağlamlığının qorunması üçün vacib olan bütün addımlar atılıb. Bunun nəticəsidir ki, dövlət başçısının rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində bu istiqamət üzrə ölkəmiz ilk sırada dayanan dövlətlərdən biridir. Bir çox ölkələrdəki kimi bu təhlükənin qarşısının alınması üçün respublikamız da vaksinasiya prosesinə qoşulmuşdur.
         Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
          Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.
          Peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə risk qrupuna daxil olan insanlar, hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.
          Bütün vətəndaşları vaksin olunmağa dəvət edirik.

 

 

Keçidlər