Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Koronavirus pandemiyası ilə mübarizə istiqamətində sakinlərlə maarifləndirici söhbətlər davam etdirilir

26 avqust 2021 | 16:00

       Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq rayonumuzda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
       Rayon İcra hakimiyyətinin vəzifəli şəxsləri, rayon Polis Şöbəsinin əməkdaşları, o cümlədən müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələrindən ibarət maarifləndirmə qrupları tərəfindən vətəndaşlara bir daha karantin rejiminin qaydalarına riayət olunmasının və COVID-19 əlehinə vaksinasiya olunmağın əhəmiyyəti çatdırılmış, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılmışdır.
       Həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin könüllüləri tərəfindən “Korona virusa birlikdə qalib gələk”, “Vaksinasiyaya sən də hə de”, “Kovidin sonu vaksinasiya ilə başlayır” və digər şüarlar olan stiker-etiketləri əhalinin intensiv hərəkət etdiyi və sıx toplaşdığı ərazilərə, bankomatlara, ödəmə terminallarına, restoran və marketlərin qarşısına, ictimai nəqliyyat vasitələrinin şüşələrinə yapışdırılmışdır.

 


 

Keçidlər