Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Astaralı şəhidlərin övladları rayonumuzda olublar

02 sentyabr 2021 | 16:00

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn Astara şəhidlərinin övladları və ailə üzvləri rayonumuzda  qonaq  olublar. Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan səfər zamanı şəhid övladları rayonun gəzməli-görməli yerləri ilə tanış olub, tarixi məkanlara baş çəkiblər.
      Astaralı qonaqlar, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyub,  xatirəsini ehtiramla yad ediblər.
      Sonra Astara şəhidlərinin övladları və ailə üzvləri milli memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzini ziyarət edib, Qax şəhərinin qədim tarixi hissəsi - “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi ilə tanış olublar.
      Qonaqlar, həmçinin İlisu kəndinin əsrarəngiz təbiət mənzərələri ilə də tanış olub, tarixi abidələrə baş çəkiblər.

 

Keçidlər