Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonun qarğıdalı sahələrində orta məhsuldarlıq 70,8 sentner təşkil edir

14 sentyabr 2021 | 16:00

   Rayonun fermerləri bu il 1516 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 451 hektar sahənin məhsulu yığılmış,  3191 ton dən qarğıdalı istehsal olunmuşdur.  Hələlik  hər  hektardan orta məhsuldarlıq 70,8 sentner təşkil etmişdir.
  Cari təsərrüfat ilində  rayon  üzrə ən çox qarğıdalı əkini  Güllük kəndində aparılmışdır. Belə ki, bu kəndin torpaq mülkiyyətçiləri cari ildə 240 hektarda qarğıdalı yetişdirmişlər. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının və Tasmalı kəndinin ərazilərində bu il 200 hektar, Əlibəyli kəndində isə 180 hektarda dən üçün qarğıdalı əkilib.   Hazırda Əlibəyli kəndinin təsərrüfatlarında hər hektardan 80  sentnerdən  çox  məhsul  götürülmüşdür.
  Cari ildə rayonda 801 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı da əkilmişdir.
  Rayonun  fermerləri ötənilki mövsümdə 1887 hektar qarğıdalı sahəsindən 15 min 909 ton məhsul əldə etmişlər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 3 min 151 ton artmışdır.
 

 

Keçidlər