Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Səhiyyə

          Hesabat dövründə “Qax  Rayon Mərkəzi  Xəstəxanası” publik hüquqi  şəxsin 104 nəfər həkimi və 394 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir. Bunlardan 2020-ci ildə 35 nəfər həkim və 38 nəfər orta tibb işçisi ixtisasartırma kurslarında olmuşdur. Ötən il Rayon Mərkəzi  Xəstəxanasında stasionara 2126 nəfər xəstə müraciət etmiş və müalicə almışdır.

       Koronavirus infeksiyasının aşkarlaması məqsədilə rayonda  2020-ci ilin mart ayından ilin sonunadək 7765 nümunə götürülmüşdür. Onlardan 1047 nəfərdə testin nəticəsi pozitiv olmuşdur. Bunlardan 930 nəfər müalicə alaraq sağalmış, 23 nəfəri COVİD-19 xəstəliyindən vəfat etmiş, 35 nəfər vətəndaşdan isə ölümündən sonra götürülən testin nəticəsi pozitiv olmuşdur. 01 yanvar 2021-ci il tarixə 4 nəfər koronavirus  xəstəsi respublikanın müxtəlif xəstəxanalarında, 55 nəfər isə evdə müalicəsini davam etdirmişdir.
       Hesabat ilində rayon  Mərkəzi Xəstəxanasında 2-ci Vətən müharibəsində yaralanmış 136 nəfər əsgər müalicə almışdır. Onlardan 77 nəfəri sağalaraq hərbi hissələrə qayıtmış, 59 nəfəri isə müalicəsini davam etdirmək üçün  respublikanın digər xəstəxanlarına göndərilmişdir.
       2020-ci ildə rayonda 1 yaşadək 3 körpə ölümü qeydə alınmış, cərrahiyə şöbəsində 1070 əməliyyat  aparılmışdır  ki, bunlardan da  70-i təcili və təxirəsalınmaz əməliyyat olmuşdur.
        Vərəm xəstəliyinin ilkin aşkarlanması məqsədi ilə ötən il 7810 nəfərdə müayinə aparılmış və 13 nəfərdə ilkin vərəm aşkarlanmışdır. Eyni zamanda il ərzində 200 nəfər diabetli xəstə və 103 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür.
        Hesabat dövründə 373.2 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə bölüşdürülmüş, güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 204.1 min manatlıq pulsuz dərman preparatları  verilmişdir.
          Rayon Gigiyena  və Epidiomologiya  Mərkəzi tərəfindən ötən il dövründə peyvəndlərin tətbiqinə daim nəzarət olunmuş və rayonun müalicə profilaktika müəssisələrinə praktiki köməklik göstərilmişdir. Hesabat dövründə mərkəz tərəfindən COVID-19 infeksiyasının qarşısının alınması məqsədilə 279.3 min2 m sahədə, o cümlədən 314 xəstəlik ocağında tamamlayıcı dezinfeksiya işləri aparılmışdır.

Keçidlər