Qax
HESABAT YIĞINCAQLARI BAŞLANILMIŞDIR
Yanvarın 13-dən etibarən RİH başçısının İƏD üzrə nümayəndəliklərində ötən ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrin müzakirələrinə həsr olunmuş hesabat yığıncaqlarına başlanmışdır.
Yanvarın 13-də Sarıbaş, Əmircan, İlisu, 14-də isə Ləkit, Tasmalı və Güllük İƏD üzrə nümayəndəliklərində yığıncaqlar keçirilmişdir.
Sarıbaş İƏD üzrə nüamyəndəlikdə keçirilmiş yığıncaqda rayon icra hakimiyyətinin başçısının birinci müavini Tahir İsmayılov iştirak etmişdir. T.İsmayılov ötən hesabat ilində kəndin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərdən, həlli vacib problemlərdən danışmış, nümayəndəliyin rəhbərliyinə müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.
15:05 / 17.01.2012
Çap et