AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 87-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ RAYON TƏDBİRİ

7 may 2010-cu il tarixdə S.Vurğun adına Qax rayon Mədəniyyət evində Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş rayon tədbiri keçirildi.
Tədbirdən əvvəl rayon rəhbərliyi və rayon ictimaiyyəti Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, ona böyük hörmət və ehtiramlarını bildirmişlər.
Heydər Əliyev muzeyinə baxış keçiriləndən sonra tədbir iştirakçıları rayon Mədəniyyət Evinin foyesində təşkil olunmuş sərgi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq ümummilli liderin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.
RİH başçısı çıxış edərək Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafındakı tarixi xidmətlərindən, dahi rəhbərin zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən və onun siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, ölkəmizdə qazanılan nailiyyətlərdən danışmışdır.
Çıxış edən digər natiqlər də ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında misilsiz xidmətlərini diqqətə çatdırmış, Ulu Öndərin xalqa həsr etdiyi həyatının gənc nəslə örnək olduğunu vurğulamışlar.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmiş, sonra rayonumuzda xüsusi istedadına görə fərqlənən bir qrup məktəbliyə rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsi tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir rayon Mədəniyyət şöbəsinin özfəaliyyət kollektivinin çıxışı ilə davam etmişdir.